Dərc edilib: 09-10-2020

https://www.nuh.az/26029-.html

Qarabağda şəhid olan həkim Xəlil Rzanın nəvəsi deyil (AÇIQLAMA)

09.10.2020 07:45:28

Müsahibə

Sosial şəbəkələrdə Xəlil Rza Ulutürkün həkim nəvəsinin şəhid olması barədə məlumat yayılıb.
 Yenisabah   xəbər verir ki, paylaşılan bu məlumatda Turqut Xəlilbəyli adlı həkimin yaralı əsgəri döyüş meydanından çıxararkən qəhramancasına şəhid olduğu vurğulanıb. Qeyd olunub ki, o, Dağlıq Qarabağın azadlığı uğrunda hazırda gedən döyüşlərdə şəhid olan ilk həkimdir. 
Bu xəbərlə bağlı Xəlil Rza Ulutürkün bacısı oğlu, tanınmış aktyor Kamran Yunis status paylaşıb. O, şəhidimizə Allahdan rəhmət diləyərək bildirib ki, soyadları eyni olsa da mərhum Xəlilbəylilər ailəsinin üzvü deyil.
Xatırladaq ki, Xəlil Rza oğlu Təbriz Xəlilbəyli də 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Ona Azərbaycanın Milli Qəhramanı adı verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib