Dərc edilib: 09-10-2020

http://www.nuh.az/26036-.html

Zakir Fərəcov Qarabağda döyüşən əsgərlərin zəhməthaqqını verməyib

09.10.2020 13:20:49

LIVE

Uzun müddətdir ki, iş adamları, sahibkarlar, ustalar, fəhlələr və digər  inşaat işçiləri Sumqayıtın icra başçısı Zakir Fərəcovdan öz halal pullarını tələb edirlər. 


Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhərinin və bulvarının abadlaşdırılmasında Zakir Fərəcovun dəvəti ilə onlarla şirkət, yüzlərlə usta, fəhlə, iş icraçısı iştirak edərək, şəhərin abadlaşdırılmasına töhfə veriblər. Hətta açılışda iştirak edən cənab prezident İlham Əliyev görülən işləri möhtəşəm adlandırıb. Amma nə olsun. 

Bu möhtəşəm işləri görən, iş adamları, sahibkarlar, ustalar, fəhlələr öz halal zəhmət haqlarını Zakir Fərəcovdan ala bilməyiblər. 

Narazı şəxslər ölkədə müraciət etmədikləri  dövlət qurumu qalmayıb, ancaq ortada nəticə yoxdur. 

Ən dəhşətlisi bilirsiniz nədir ? 

Redaksiyamıza  daxil olan məlumata görə,  halal pulunu, zəhmət haqqını  Zakir Fərəcovdan ala bilməyən xeyli usta, fəhlə hazırda Qarabağ uğrunda gedən Vətən savaşında qəhrəmancasına iştirak edir. 

Görəsən, Zakir Fərəcovun bundan xəbəri varmı ? 

Görəsən, Zakir Fərəcovun  "sağ əli"  Adil Xudadatov  haqqını yedikləri  sadə insanların müqəddəs müharibədə can qoymaqlarından xəbəri  varmı ?

Ümumiyyətlə, Zakir Fərəcov, Adil Xudadatov üçün müqəddəs nəsə varmı ? 

Görəsən, Zakir Fərəcovun, Adil Xudadatovun qohumları, doğmaları  qanlı döyüşlərdə iştirak edirmi ? 

Barı, bu gün Zakir Fərəcov özündə güc tapıb Qarabağda döyüşən oğlanların halal pulunu versin. 

Bir sözlə, Zakir Fərəcova  suallar çoxdur...




 

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib