Dərc edilib: 09-10-2020

https://www.nuh.az/26037-.html

Ceyhun Bayramov Moskvaya gedir

09.10.2020 13:42:37

LIVE

Bu ilin 8 oktyabr tarixində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib