Dərc edilib: 09-10-2020

https://www.nuh.az/26041-.html

Bu cür yatmaq əqli zəiflik və alzeymer xəstəliyi yaradır

09.10.2020 16:43:52

LIVE

Qarnı üstə yatmağın təhlükəli olduğu ortaya çıxıb - bir adam ardıcıl bir neçə saat bu vəziyyətdə yatırsa, alzeymer xəstəliyinin inkişafına səbəb ola biləcək sinir hüceyrələrində degenerativ proseslərin riski artır.

 

Qaynarinfo Kolobok.ua-ya istinadla xəbər verir ki, bu nəticəyə ABŞ-dan olan alimlər gəlib.

 

Qarnı üstə yatmaq daha çox neyrodegenerativ pozğunluqla qarşılaşan yaşlı insanlar üçün təhlükəlidir, - Dr. Stiven Vayinger deyib. O bunu belə izah edib ki, qarnı üstə yatarkən limfa dövranı yavaşlayır və hüceyrələrin toksinləri bədəndən çıxartma ehtimalı azalır.

 

Mütəxəssislər deyirlər ki, oturaq vəziyyətdə yatmaq məsləhət deyil. Özünüzü əqli zəiflikdən qorumaq üçün böyrü üstə yatmalısınız.

 

Bundan əvvəl İngilis tədqiqatçılar gündə təxminən 9 saat 10 dəqiqə yatmalı olduğunuz qənaətinə gəliblər - insanın gücünü bərpa etməsi üçün bu qədər vaxt lazımdır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib