Dərc edilib: 09-10-2020

https://www.nuh.az/26044-.html

Atambayevə sui-qəsd cəhdi oldu

09.10.2020 18:46:41

Region

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevə qarşı sui-qəsd cəhdi olub.

 

“Qafqazinfo” xəbər verir ki,  bu barədə onun həmkarı Kulduz Zoldubayeva məlumat verib.

Bişkekin mərkəzindəki Ala-Too meydanında naməlum şəxs Atambayevin avtomobilinə atəş edib. Onun xəsarət almadığı bildirilib.

Qeyd edək ki, 9 oktyabr tarixində Bişkekin mərkəzi meydanında müxalifət partiyalarının tərəfdarları arasında toqquşmalar baş verib. Bundan sonra Qırğızıstanın paytaxtında fövqəladə vəziyyət elan olunub. Daxili İşlər nazirinin müavini Almazbek Orozaliyev paytaxtın komendantı təyin edilib.

Xatırladaq ki, Qırğızıstanda 4 oktyabrda parlament seçkiləri keçirilib. 16 iştirakçı partiyadan dördü səs baryerini aşa bilsə də səsvermə nəticələri kütləvi etirazlara səbəb olub. Etirazlar zamanı nümayişçilər parlament binasını ələ keçirmiş, həmçinin keçmiş Prezident Atambayev və digər siyasətçiləri həbsdən azad etmişdilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib