Dərc edilib: 09-10-2020

https://www.nuh.az/26046-.html

XİN rəhbərlərinin Moskva görüşü başa çatdı

09.10.2020 22:29:24

Hadisə

Hazırda Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə keçirilir.

***

"TASS" xəbər verir ki, qapalı keçirilən görüşdə protokol çəkilişi zamanı yalnız şəxsi fotoqraflar və operatorlar iştirak ediblər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri üz-üzə oturur, rus nazir isə mərkəzdə əyləşib. Görüşdən sonra nazirlərin mətbuat konfransı keçirəcəyi gözlənilir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib