Dərc edilib: 11-10-2020

https://www.nuh.az/26073-.html

"Bazarstore"da Azərbaycan bayrağının qiyməti 24 MANAT - NARAZILIQ

11.10.2020 17:36:09

Reportaj

Mediapress.az   xəbər verir ki, "Bazarstore"da Azərbaycan bayrağının qiymətinin yüksək olması müştərilərin narazılığına səbəb olub. Azərbaycan bayrağı 24 AZN-ə satışa qoyulub. 

 


Azsiyasət.com bildirir ki, ağır döyüşlərin getdiyi, Ordumuzun işğalda olan ərazilərimizi azad etdiyi, ermənilərin mülkü əhalini raketlərlə atəşə tutduğu və vətəndaşlarımızın bayrağımıza, rəmzlərimizə olan sevgisinin daha da çoxaldığı bir ərəfədə "Bazarstore"-un atdığı bu addım başadüşülən deyil və bu, milli maraqlarımızın əleyhinə yönəlmiş, insanların vətənpərvərlik hisslərindən istifadə edərək soyğunçuluqla pul qazanmaq cəhdidir. 

Ən dəhşətlisi isə budur ki, Azərbyacan bayrağı dəmir səbətin içində, sadəcə sıradan bir parça kimi satışa çıxarılıb. Məhz belə bir ərədədə dövlət maraqlarımıza bu şəkildə ağır zərbə vurmaq, şəhidlərimizə hörmətsizlik etmək yolverilməzdir. 

Hər kəs pul qazanmaq istəyər, amma hər şeydən öncə Vətən, Vicdan və Ləyaqət amili olmalıdır. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib