Dərc edilib: 12-10-2020

https://www.nuh.az/26085-.html

“Məryəmi şüşənin altından çıxardılar, anam onu tapa bilmirdi” - Video

12.10.2020 16:12:14

Müsahibə

Ötən gün gecə saatlarında Gəncə şəhərinin ermənilər tərəfindən artilleriya atəşinə tutulması nəticəsində dağılan binanın sakinləri həmin vaxt yaşadıqlarını Real TV-yə danışıblar. 

 

Hadisə şahidlərindən biri partlayış baş verən binada yaşayan 6 yaşlı Aylindir. O, ən çox oyuncaqları üçün darıxdığını deyib: “Mən yatmışdım. Qəfildən evin damı uçdu, aynalar qırıldı. Yorğan-döşək dağılmışdı. Məryəmi şüşənin altından çıxardılar. Heç anam da onu tapa bilmirdi”.

Aylin deyir ki, hadisə baş verən vaxt evdə özündən başqa bacısı Məryəm, babası, nənəsi və anası olub: “Bura əvvəl qəpqəşəng bir ev idi. Ən çox oyuncaqlarım üçün darıxıram. Ən sevdiyim “Elza” oyuncağım idi…”

Aylinin bacısı Məryəm ermənilərin atdığı mərmi nəticəsində başından yaralanıb. Cəmi 2 yaşı olduğundan hadisə ilə bağlı danışa bilməyib.

 

 

Digər bir zərərçəkmiş Tural Zeynalov isə həmin hadisəni belə xatırlayır: “Evdə uzanmışdıq, birdən ev üstümüzə çökdü. Tez atamı, anamı götürüb küçəyə çıxdıq. Baxdıq ki, hər yer dağılıb, iki mərtəbəli bina yox olub. Əsas vətən sağ olsun, ev gəldi-gedərdi…”

T. Zeynalov həmçinin bildirib ki, düşmən istəyinə nail ola bilməyib, əhalidə təşviş yaratmayıb".

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib