Dərc edilib: 13-10-2020

https://www.nuh.az/26097-.html

Bu uşaqlar Gəncə qətliamında valideynlərini itirdi...

13.10.2020 15:34:07

Hadisə

“Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş bu məsum uşaqların gözlərində çox böyük bir acı var”.


“Qafqazinfo” xəbər verir ki,  bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz  tvitter hesabında Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirən və onları son mənzilə yola salan uşaqlarla bağlı paylaşımında qeyd edib.

16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanın Gəncəyə atılan raket hücumu nəticəsində itiriblər.

 

 

Xatırladaq ki, terror hadisəsi nəticəsində həmçinin körpə Nilay da hər iki valideynini itirib. Onun atası Adil Əliyev, nənəsi Afaq Əliyeva Gəncəyə raket hücumu nəticəsində həlak olmuşdu. Dünən isə anası Əliyeva Günay xəstəxanada həyatını itirib. 

Nilayın Gəncə qətliamında həlak olmuş valideynləri:


 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib