Dərc edilib: 17-10-2020

https://www.nuh.az/26162-.html

Su-125-in qiyməti 19 milyon, S-300 isə 115 milyon dollar

17.10.2020 22:29:20

İqtisadiyyat

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ordusu düşmənin S-300 zenit-raket kompleksini, S-125 zenit-raket kompleksini, Su-25 təyyarəsini məhv edib.


“Qafqazinfo” xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu düşmənin sıradan çıxarılan hərbi texnikasının qiymətini açıqlayıb. O bildirib ki, zenit raket kompleksi S-125 aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulub. Rusiya istehsalıdır, təxmini qiyməti 45 milyon rubldur (1 milyon manatdır).

Su-25 təyyarəsinin qiyməti isə təxminən 11 milyon dollardır (18,7 milyon manatdır).

Beləliklə, Ermənistanın yalnız bir neçə saat ərzində milyonlarla manat dəyəri olan hərbi texnikaları sıradan çıxarılıb.

Qeyd edək ki, S-300 zenit-raket kompleksinin qiyməti 115 milyon dollardır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib