Dərc edilib: 17-10-2020

https://www.nuh.az/26164-.html

Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs ELAN OLUNDU

17.10.2020 23:13:57

LIVE

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

HİT.Az XİN-in saytına istinadən xəbər verir ki, bu qərar ATƏT-in Minsk Qrupu həm-sədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həm-sədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib