Dərc edilib: 18-10-2020

https://www.nuh.az/26178-.html

Azərbaycan Tovuz dəhlizində erməni hərbçilərinin meyitlərini verməyə hazırdır

18.10.2020 16:11:20

LIVE

Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır.


"Qafqazinfo" xəbər verir ki, bu haqda Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb:

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb.

Bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunub".

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib