Dərc edilib: 19-10-2020

https://www.nuh.az/26189-.html

Bakı metrosunun fəaliyyəti dayandırıldı

19.10.2020 08:32:41

LIVE

2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında  Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, son günlər Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunması səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, bu gündən ölkədə xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib