Dərc edilib: 20-10-2020

https://www.nuh.az/26211-.html

Cəbrayıl rayonunun neçə faizi azad olunub? - AÇIQLAMA

20.10.2020 12:42:26

Reportaj

“Cəbrayıl rayonunun təxminən 2/3-si işğaldan azad olunub”.

 

Bu barədə Modern.az-a 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bildirib:

 

“Demək olar ki, Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad edilib. Ümumilikdə 97 yaşayış məntəqəsi var. Azərbaycan ordusu tərəfindən 37 kəndimiz düşmən tapdağından azad olunub. Bu kəndlərlə yanaşı, yüksəkliklər və boş ərazilər də nəzarətimizə keçib. Xüsusilə də Araz çayı qırağında yerləşən bütün kəndlərimiz bizdədir. Az bir hissə qalıb ki, onu da inşallah, alacağıq”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib