Dərc edilib: 20-10-2020

https://www.nuh.az/26213-.html

Qarabağın separatçı rəhbərləri İrəvana qaçdı - QAPALI TOPLANTI

20.10.2020 14:23:24

Region

Separatçı Qarabağ rejiminin sabiq rəhbərləri Bako Saakyan və Arkadi Qukasyan bu gün təcili Ermənistana gəliblər.

Azpost.info bildirir ki, bu barədə “168 jam” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.  Separatçılar Baş nazir Paşinyanla hərbi əməliyyat zonasındakı vəziyyəti müzakirə ediblər.
Qəzetin yazdığına görə, Qukasyan və Saakyan Qarabağdan İrəvana həyəcanlı xəbərlərlə gəliblər. Bu məlumat nə olması barədə heç bir açıqlama verilmir.
Qəzet hər iki separatçı rəhbərin hökumət binasından çıxarəkən çəkilmiş videosunu da yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib