Dərc edilib: 20-10-2020

https://www.nuh.az/26217-.html

“Xoşbəxt adamam ki, bu xəbərləri xalqıma çatdırıram”

20.10.2020 14:58:54

Siyasət

“Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır”.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, biz öz torpağımızda vuruşuruq: “İşğalçıları bundan sonra da qovacağıq. Azərbaycan xalqı hər gün məndən kəndlərin işğaldan azad edilməsi haqda xəbərlər gözləyir. Mən xoşbəxt adamam ki, bu şad xəbərləri xalqıma çatdırıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar həmişə bizim qəlbimizdə yaşayacaq. Yaralılarımıza Allah şəfa versin”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib