Dərc edilib: 20-10-2020

https://www.nuh.az/26224-.html

“Atamın doğulduğu kəndin işğaldan azad edilməsi...”

20.10.2020 21:53:58

Müsahibə

"Bu, geostrateji uğurdur”.

 

Qaynarinfoxəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Zəngilan rayonunun işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşərkən deyib. İsa Qəmbər Azərbaycan torpaqlarının hər qarışının onun üçün əziz olduğunu bildirib:

 

"Atamın doğulduğu kəndin işğaldan azad edilməsi münasibəti ilə dostlar zəng edib təbrik edir, jurnalistlər fikrimi-hissimi soruşurlar. Çox sağ olsunlar. Torpağımızın hər qarışı mənim üçün müdəddəsdir. Hər bir kəndimizin, şəhərimizin azad edilməsinə çox sevinirəm. Bu gün isə ən çox sevdiyim Zəngilanın azad edilməsi, Azərbaycanımızın öz cənub sərhədlərinə sahib cıxması bu sərhədlərin Ermənistanın və dolayısı ilə Rusiyanın nəzarətindən qurtulmasıdır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib