Dərc edilib: 21-10-2020

https://www.nuh.az/26225-.html

Ovannisyan - Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib

21.10.2020 07:53:13

Kriminal

Azərbaycan Silahlı Qüvvələrinin yalnız kəmiyyət deyil, texniki üstünlüyü də var.

 

 “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan İctimai televiziyanın efirində deyib.

Onun sözlərinə görə, bəzi sahələrdə Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib.

“On iki dəfə çox, başa düşürsünüzmü, bu nədir? Bu müharibə tarixində, demək olar, heç vaxt olmayan və ya çox nadir hallarda olan şeydir”, - Ovannisyan deyib.

O vurğulayıb ki, hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur. 

“Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük. Hər iki tərəfdən bütün mexanizmlər uyğun gəlmir, lakin yüksək texnologiyalar seqmentinə böyük diqqət yetirilib”, - Ovannisyan deyib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib