Dərc edilib: 23-10-2020

https://www.nuh.az/26254-.html

“Şübhəli əşyalara toxunmayın!” - DİN müraciət yaydı

23.10.2020 11:01:55

LIVE

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. 


“Qafqazinfo” həmin müraciəti təqdim edir:

“Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil etmişdir. 

Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. 

Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”

NUH informasiya agentliyi səhifəsindən çap edilib