Dərc edilib: 23-10-2020

https://www.nuh.az/26259-.html

Ermənistanın döyüşə muzdluları göndərməyi bir daha təsdiqləndi - Video

23.10.2020 13:46:34

Günün sitatı

İşğalçı Ermənistan ordusunun Azərbaycana qarşı döyüşlərdə muzdlu terrorçulardan istifadə etdiyi bir daha təsdiqlənib. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə kürd əsilli erməni əsir Mikaelyan Albert Yervandi etiraf edib. 

O, 7 sentyabr 2001-ci il tarixdə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olduğunu bildirib: “2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırılmışam. Gümrü şəhərində xidmət etmişəm. Orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi almışam. Ondan 6 ay sonra mən Martuni (Azərbaycanın Xocavənd rayonu-red) şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm. Orada tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. 

Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orada muzdlular hər ay 600 ABŞ dolları pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”

NUH informasiya agentliyi səhifəsindən çap edilib