Dərc edilib: 24-10-2020

https://www.nuh.az/26281-.html

Tərtərdə Ermənistanın raket atəşi nəticəsində 16 yaşlı həlak oldu

24.10.2020 13:15:35

Region

Ermənistanın Tərtər şəhərinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə həlak olub.


"Qafqazinfo" xəbər verir ki, bu barədə  Prezidentin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib.

"Ermənistanın mülki vətəndaşlara xüsusilə uşaqlara qarşı müharibəsi davam edir. Azərbaycanın Tərtər şəhərinə laqeydcəsinə edilən Smerç raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan öz evlərinin bağçasında öldürüldü. Orxan hazırda mövsumi olan xurma yığırdı",-deyə Hikmət Hacıyev qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib