Dərc edilib: 25-10-2020

https://www.nuh.az/26291-.html

Selcuk Bayraktardan Azərbaycana növbəti dəstək - Foto

25.10.2020 09:07:37

Hadisə

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar növbəti dəfə Azərbaycana dəstəyini nümayiş etdirib.


“Qafqazinfo” xəbər verir ki, o, tivitter hesabında şeir paylaşaraq, sonda “Cansan can, Azərbaycan” yazıb.

Qeyd edək ki, Bayraktar Gəncə qətliamına da biganə qalmamışdı. O, “Tank tanka, təyyarə təyyarəyə, əsgər əsgərə, tüfəng tüfəngə. Müdafiəsiz mülki şəxslərə, uşaqlara, körpələrə zərbə endirənlər zalımdır, qorxaqdır, canavardır" yazaraq erməni terrorunu pisləmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib