Dərc edilib: 25-10-2020

http://www.nuh.az/26294-.html

Rus deputat evində güllələnərək öldürüldü

25.10.2020 09:34:22

LIVE

Rusiyanın Leninqrad vilayətinin Vyborqski rayonunun deputatı, tanınmış iş adamı Aleksandr Petrov qətlə yetirilib.


“Qafqazinfo”nun “BBC”nin Rusiya xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında millət vəkilinin evində baş verib.

Bildirilir ki, A. Petrov naməlum şəxs tərəfindən sinəsindən aldığı güllə yarası nəticəsində vəfat edib.

İnsidentlə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi başladılıb.

Qeyd edək ki, 61 yaşlı Aleksandr Petrov zavod, şirkət və bir sıra digər səhmdar cəmiyyətlərin, yerli müəssisələrin ortaq sahibi olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib