Dərc edilib: 28-10-2020

https://www.nuh.az/26340-.html

Türkiyə ilə Özbəkistan hərbi-maliyyə əməkdaşlığı haqda Saziş imzaladı

28.10.2020 08:30:54

LIVE

Türkiyə və Özbəkistan bütün sahələrdə münasibətləri dərinləşdirməyə çalışırlar.

 

 “Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar Özbəkistana səfəri çərçivəsində bildirib.

Qeyd olunur ki, Akar Pakistan və Qazaxıstanda aparılan danışıqlardan sonra Daşkəndə gəlib. O, Özbəkistanın paytaxtında özbək həmkarı Bahodir Kurbanovla görüşüb.

“Türkiyə-Özbəkistan münasibətləri çoxəsrlik tarixə əsaslanır, Ankara buna xüsusi əhəmiyyət verir”, - Akar deyib.

“Ankara Daşkəndlə bütün sahələrdə əlaqələri dərinləşdirməyə çalışır. Bura ticarət-iqtisadi, sosial və siyasi aspektlər və əlbəttə ki, müdafiə sahəsində qarşılıqlı fəaliyyət daxildir. Ciddi irəliləyiş əldə etmişik”, - deyə Akar əlavə edib.

Mətbuat üçün qapalı rejimdə keçirilən görüşün yekunlarına əsasən, Akar və Kurbanov hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş və maliyyə yardımının verilməsi haqqında Protokol imzalayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib