Dərc edilib: 28-10-2020

https://www.nuh.az/26342-.html

Tanınmış bacılar izləyiciləri ilə birgə Gəncəyə 84 000 manat yardım topladı (FOTOLAR)

28.10.2020 08:44:23

LIVE
Rusiyada yaşayan məşhur bloger Fəridə və Aidə Əliyeva bacıları öz "Instagram" səhifələrindəki izləyiciləri ilə birgə Gəncə terrorunda zərərçəkənlərə maddi yardım edilməsi üçün 84 000 manat məbləğində vəsait toplayıb.
 
Qaynarinfo xəbər verir ki, toplanan məbləğ Gəncədə zərəçəkən ailələrə Hacı Nuran Hüseynov, Aqrar İnkişaf Könüllüləri və Aytəkin Məmmədova tərəfindən çatdırılıb.
 
Toplanan məbləğdən ümumilikdə 80 ailəyə maddi yardım, 15 ailəyə isə ərzaq yardımı edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib