Dərc edilib: 29-10-2020

https://www.nuh.az/26354-.html

Notr- Dam kilsəsində silahlı hücum - 3 ölü + Yenilənib

29.10.2020 20:19:49

LIVE

Fransanın Nitsa şəhərində Notr- Dam kilsəsində bıçaqlı naməlum şəxs insanlara hücum edib.


“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, bir neçəsi yaralanıb.

Hadisə yerinə polislər cəlb edilib.

***

Fransa Daxili İşlər Naziri Gerald Darmanen insidentlə əlaqədar təcili iclas keçirib.

Fransa Prezidenti Emmanuel Makron və baş nazir Jan Kasteks təcili olaraq Bovo Meydanındakı Daxili İşlər Nazirliyinin böhran mərkəzinə gediblər.

***

Nitsanın hüquq-mühafizə orqanları əməkdaşları silahlı şəxsi saxlayıblar.

***

Sİlahlı şəxsin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində yaralandığı və xəstəxanaya aparıldığı bildirilib.

"AFP"nin polis mənbələrinə istinadən verdiyi məlumata görə, hadisə zamanı kilsə daxilində iki nəfər - bir kişi və bir qadın qətlə yetirilib, üçüncü şəxs ağır yaralanaraq hadisə yerindən qaçıb gizləndiyi barda həlak olub.

Xəsarət alan bir neçə nəfərin vəziyyəti barədə məlumat verilməyib.

Fransanın milli antiterror şöbəsi hadisə ilə bağlı məhkəmə polisi və daxili təhlükəsizlik qrupları tərəfindən icra ediləcək bir istintaq başladıb.

Polis vəziyyətin nəzarət altında olduğunu və təşvişə ehtiyac olmadığını bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib