Dərc edilib: 31-10-2020

https://www.nuh.az/26390-.html

Rus İcması “Qarabağ Azərbaycandır” şüarı ilə yürüş keçirdi - Video

31.10.2020 19:42:53

İqtisadiyyat

Bakıda Azərbaycan - Rus İcması “Qarabağ Azərbaycandır” şüarı ilə yürüş keçiriblər.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, İcma üzvləri Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Azərbaycan Rus İcmasının sədri, deputat Mixail Zabelin bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək: “Buna hər birimiz inanırıq. İşğal edilmiş torpaqlar azad ediləcək və məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Azad olunan torpaqlara həyat qayıdacaq”. 

Aksiya Azərbaycan, Türkiyə və Rusiya bayraqları altında təşkil edilib.

M.Zabelin qeyd edib ki, Rusiya yalnız Solovyovdan ibarət deyil: “Leonid Koloşnikov, Sergey Barkov, Maksim Şevçenko, məhz bu şəxslər Azərbaycanın tərəfindən çıxış edirlər və Azərbaycanın sərgilədiyi mövqeni dəstəkləyirlər. 

Yürüş iştirakçısı Anastasiya Lavrina bildirib ki, Rus icması Azərbaycanı dəstəkləyir və Azərbaycanın mövqeyindən çıxış edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib