Dərc edilib: 01-11-2020

https://www.nuh.az/26402-.html

Ermənilər Xankəndinin işığını və suyunu kəsdi ki, Azərbaycanı günahlandırsın...

01.11.2020 09:42:34

LIVE

Azərbaycan Respublikasının işğal altındakı Xankəndi şəhərində bu gecə saat 23:40-dan etibarən susuz qalıb. 

Moderator.az xəbər verir ki, bu haqda Azərbaycan dövlətindən icazəsiz işğal altındakı torpaqlarımıza səfər edən Rusiyanın “RİA Novosti” agentliyinin müxbiri məlumat yayıb.
Müxbirin sözlərinə görə, Xankəndidə axşam saatlarından  elektrik enerjisi də, demək olar ki, tamamilə kəsilib.
 Görünür, ermənilər bu cür xəbərlərlə Azərbaycanı mülki erməni əhalini çətin duruma salmaqda günahlandırmağa çalışır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib