Dərc edilib: 01-11-2020

https://www.nuh.az/26405-.html

Gürcüstanda səslərin 50%-dən çoxu hesablanıb

01.11.2020 11:09:02

Günün sitatı

Səslərin yarısının hesablanmasından sonra hakim “Gürcü arzusu” partiyası parlamentdəki səs çoxluğunu itirib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə MSK-nın saytında yerləşdirilən məlumatda bildirilir. 

Məlumata görə, səhər saat 7-yə kimi bülletenlərin 50.45%-i sayılıb, partiya 49.98 % səs toplayıb. Belə ki, əvvəlcə bülletenlərin dörddə biri işləndikdən sonra partiyanın səs faizi 54% -dən çox idi.

Hazırda səslər mütənasib sistemə görə paylanıb:

 

“Gürcü arzusu - Demokratik Gürcüstan”- 49.98% (418.127 səs);

 

Birləşmiş Milli Hərəkatın yaratdığı “Güc birlikdədir” bloku - 25.42% (212.671);

 

“Avropa Gürcüstanı” (David Bakradze) - 3,83% (31,969);

 

“Vətənpərvərlər İttifaqı” (İrma İnaşvili) - 3,29% (27,533);

 

“Lelo” (Mamuka Xazaradze) - 3,1% (25,945);

 

“Giorgi Vaşadze – Aqmaşenebeli strategiyası”  - 2.46% (8.705);

 

“Qirçi” (Zurab Caparidze) - 2,83% (23,708);

 

“Vətəndaşlar” (Aleko Elisaşvili) - 1,32% (11,022);

“işçi Partiyası” (Şalva Natelaşvili) - 1% (8.400).

Digər partiyalar hələ 1% baryeri aşmayıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib