Dərc edilib: 01-11-2020

https://www.nuh.az/26408-.html

Çavuşoğlu yenidən Bakıya gəldi - Foto

01.11.2020 11:51:14

LIVE

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu  Azərbaycanda işgüzar səfərdədir.


“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN rəhbəri öz tvitter mikrobloqunda məlumat verib.

“Can Azərbaycana güclü dəstəyimizi yeniləmək, Dağlıq Qarabağa dair son vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, - deyə M. Çavuşoğlu bildirib.

Qeyd edək ki, Mövlud Çavuşoğlunu Hava limanında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qarşılayıb.

Xatırladaq ki, Türkiyə XİN başçısı sonuncu dəfə oktyabrın 6-da Bakıya səfər etmişdi.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib