Dərc edilib: 01-11-2020

https://www.nuh.az/26409-.html

Gürcüstan müxalifəti seçkinin legitimliyini tanımaqdan imtina edib

01.11.2020 12:27:44

Günün sitatı

Gürcüstanda müxalifət partiyaları ölkədə keçirilmiş parlament seçkisinin nəticələrini qeyri-legitim hesab edir və vətəndaşları etirazlara çıxmağa çağırırlar. 
 
Ovqat.com xəbər verir ki, müxalifət partiyalarının liderləri səsvermənin ilkin məlumatları elan edildikdən sonra keçirdikləri brifinqdə bəyan ediblər.
 
"Bu, seçki deyildi, bu, müharibə idi", — deyə “Vahid Milli Hərəkat" Partiyasının namizədi Nik Meliya bildirib.
 
O, həmçinin Gürcüstan əhalisini bazar günü Rustaveli prospektində etiraz aksiyasına çağırıb.
 
Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili isə Meliya ilə razılaşıb ki, hakimiyyət səsvermənin nəticələrini saxtalaşdırıb. O da təkrar seçkilər təyin edilənə qədər ölkədə nümayişlər davam edəcək.
 
MSK-nın məlumatına görə, hakim "Gürcü Arzusu" partiyası əhalinin 50,58% səsini toplayaraq, liderlik mövqeyini qoruyur. Müxalif "Güc Birlikdədir" bloku isə seçicilərin 24,92% səsini toplayıb. 

Səsvermə dünən başa çatıb.

Gürcüstanda parlament seçkiləri qarışıq sistemdə keçirilir. Deputatlardan 120 nəfəri proporsional siyahılar üzrə, 30 nəfəri isə majoritar siyahı üzrə seçilir. Ümumilikdə seçkilərdə 48 partiya və iki blok iştirak edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib