Dərc edilib: 02-11-2020

https://www.nuh.az/26422-.html

Anam Zəngilan - Əliağa Zəngilanlı

02.11.2020 12:00:40

Hadisə

 Anam  Zəngilan 

 

 

 Göz açdım  dünyaya torpağın  üstə, 

 Anamın qoynunda  dizlərin üstə, 

 Göz açdım bağında gözün yanımda, 

 Atamın, anamın gözü Zəngilan ! 

 

 

 Saf nemətlərlə böyütdün məni, 

 Al-əlvan çıraqtək öyrətdin məni. 

 Kişilik həddinə gətirdin məni,

 Dönmərəm bu yoldan anam Zəngilan ! 

 

 

 Darıxma, torpağım, əzizim mənim, 

 Çox çəkməz gələrik  qoynuna sənin. 

 Qayıdar yanına anam, qız-gəlin, 

 Vallah yığılmışdım cana Zəngilan ! 

 

 

 Bu gündən yenə də çiçəklənəssən,

 Bu gündən yenə də ucalacaqsan.  

 Bağda, bağçada yenə məni əzizləyəssən, 

 Ay mənim bol-bərəkətli Zəngilanım ! 

 

 

 Mənim ağayana  Ağalı kəndim, 

 Ay mənim Arazım, mənim Həkərim !

 Ay mənim ürəyim, mənim vətənim , 

 Ay mənim günəşli Azərbaycanım ! 

 

 

 

      Ata yolları

 

  Atam öyrətmişdi

  Getdim bu yolla. 

  Əziz oğullarım,

  Siz də gedin bu yolu. 

 

 

  Bu  yolda borana, 

  qara düşmüşəm.

  Atam yolundan

  Mən dönməmişəm. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib