Dərc edilib: 03-11-2020

https://www.nuh.az/26442-.html

İnsan haqları və...xristian həmrəyliyi - Teyyub Qənioğlu

03.11.2020 19:18:32

Müsahibə

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

 

İnsan haqlarının qorunmasını özlərinin əsas vəzifəsi elan edən beynəlxalq təşkilatların mütləq əksəriyyəti öz fəaliyyətlərində beynəlxalq hüquqları deyil, xristian həmrəyliyini əsas götürürlər

 

İnsan haqlarının qorunmasını özlərinin əsas vəzifəsi elan edən beynəlxalq təşkilatların mütləq əksəriyyəti öz fəaliyyətlərində beynəlxalq hüquqları deyil, xristian həmrəyliyini əsas götürürlər

Tarix boyu daim türk düşmənlərinin hərtərəfli yardımına arxalanaraq və istifadə edərək öz məkrli  niyyətlərini həyata keçirməyə can atan, müəyyən tarixi dönəmlərdə buna qismən nail olan, bütün insani hisslərin yad olduğu, qaniçən, təcavüzkar, faşist təbiətli ermənilər yenə də öz miskin, məkrli  xasiyyətlərindən əl çəkməyə meyilli görünmürlər. Siyasi, diplomatik, informasiya, xüsusilə də hərb meydanında uduzan, tam iflasa uğrayacağı qaçılmaz olan erməni faşistləri qarşılaşdıqları qaçılmaz məğlubiyyətdən yaxa qurtarmaq üçün yenə də öz "ənənəvi istəklərinin" gerçəkləşəcəyinə ümid edirlər. Hər şeydən göründüyü kimi və təəssüf ki,  bu, təkcə onların istəkləri ilə deyil, daha çox, regionumuzda öz məqsədlərinə nail olmaq üçün ermənilərdən araqarışdıran maşa kimi istifadə edənlərin istəkləri ilə bağlıdır. XIX əsrin əvvəllərində müsəlman türklərə qarşı mübarizədə bir plasdarm kimi istifadə etmək məqsədi ilə, süni şəkildə əzəli və əbədi Azərbaycan torpaqlarında əvvəl erməni vilayəti, sonralar qondarma erməni "dövləti" yaradanlar bu insana bənzərlərə daim siyasi, diplomatin, hərbi yardımlarla yanaşı "hüquqi", informasiya dəstəyi də  göstərmiş və bu gün də bu istiqamətlərdə "fəaliyyətlərini" davam etdirməkdədirlər. Məhz xarici havadarlarının hərtərəfli dəstəyinə arxalanan  Ermənistan beynəlxalq hüquq normalarına, BMT-nın Nizamnaməsinə, ATƏT-in prinsiplərinə zidd olaraq keçən əsrin 90-cı illərində Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərinin 20,0 faizini işğal etmiş, nəticədə bir milyondan artıq vətəndaşımız doğma torpaqlarından qovulmuş, 20 mindən artıq insan qətlə yetirilmiş, minlərlə insanımız əlil olmuşdur. Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərinin qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini icra etməkdən imtina edən Ermənistan 30 il ərzində, nəinki öz işğalçılıq siyasətindən əl çəkməmiş, hətta yeni ərazilərin işğal edilməsi məqsədi ilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə böyu hücuma keçmişdir. Beynəlxalq hüquq normalarına və BMT-nın Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan təcavüzkara layiqli cavab vermək məcburuiyyətində qalmış və əks həmlələrlə torpaqlarının  xeyli hissəsisni azad etməyə müvəffəq olmuşdur. Ancaq cəbhədə düçar olduğu məğlubiyyətlə barışmayan təcavüzkar Ermənistan bunun əvəzini Azərbaycanın cəbhə bölgələrindən uzaqda olan Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini mütəmadi olaraq raketlərlə atəşə tutmaqla, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməklə çıxmağa çalışır. Ermənistan ərazisindən  Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən  dinc əhalisinin ballastik raketlərlə atəşə tutulması nəticəsində uşaq,  qadın, yaşlı  olmaqla  100 nəfərə yaxın insanımız həlak olmuş, 400 yüzdən çoxu yaralanmış, yüzlərlə çoxmənzilli binalar və müxtəlif təyinatlı obyektlər dağıdılmışdır. Bununla da, Ermənistan islaholunmaz, terrorçu  dövlət olduğunu növbəti dəfə nümayiş etdirir. Ancaq Ermənistanın bu təcavüzkar hərəkətləri hələ də, beynəlxalq təşkilatlar tərəfindən nəinki lazımınca qiymətləndirilmir, əksinə, susqunluq nümayiş etdirilir. Ermənistanın işğalçı, təcavüzkar, beynəlxalq hüquq normalarına zidd, bəşəriyyətə qarşı cinayət hesab ediləcək hərəkətlərinə biganə qalmamaq, belə hərəkətlərə son vermək üçün öz imkanlarında istifadə etmək məqsədi ilə,  biz Təkamül Partiyası olaraq, 17 oktyabr 2020-ci ildə, 33 beynəlxalq təşkilata, o cümlədən, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinə, Avronest Parlament Assambleyasına, Qlobal Təhlükəsizlik Təşkilatına (Global Security), Beynəlxalq Həyəcan təşkilatına (International Alert), Beynəlxalq Ədalət Körpüsünə (International Bridges to Justice), Beynəlxalq Böhran Qrupuna (International Crisis Group), Beynəlxalq Xilasetmə komitəsinə (International Rescue Committee), Sərhədsiz Vasitəçilərə (Mediators Beyond Borders), Uşaq haqlarının Qorunması üzrə Beynəlxalq Təşkilata (Save the Children International), Beynəlxalq Qaçqınlar Təşkilatına (International Refugee Organization), Human Rights Watch təşkilatına, Qadınların Sülh və Azadlığı Beynəlxalq Liqasına (Women’s International League for Peace and Freedom), Amnesty İnternationala, Sülyaradan Qadınların Qlobal Şəbəkəsinə (Global Network of Women Peacebuilders) və  s. müraciət etmişdik. Ancaq indiyədək heç bir təşkilat bu müraciətə reyaksiya verməmişdir və bu, təcavüzkar ermənilərə dəstək anlamına gəlir, onları "ruhlandırır"! Hər şeydən göründüyü kimi, insan haqlarının qorunmasını özlərinin əsas vəzifəsi elan edən beynəlxalq təşkilatların mütləq əksəriyyəti öz fəaliyyətlərində beynəlxalq hüquqları deyil, xristian həmrəyliyini əsas götürürlər. Təəsüf ki, bir sıra beynəlxalq təşkilatlar həm də, bəzi Qərb  dövlətlərinin əlində "insan haqlarının pozulduğunu əsas  götürərərk" müstəqil siyasət yürüdən dövlətlərə, o cümlədən Azərbaycana, qarşı təzyiq göstərmək üçün alət rolu oynayırlar. Göründüyü kimi, həm ermənilər, həm də onların havadarları hələ də, regionda yaranmış mövcud reallıqla barışmaq niyyətində deyillər. Ancaq yanılırlar! Onlara tövsiyyəmiz- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi- hələ gec deyil, hərəkətlərinin sonrasını düşünsünlər!

NUH informasiya agentliyi səhifəsindən çap edilib