Dərc edilib: 04-11-2020

https://www.nuh.az/26455-.html

" Baydenin qalib gələcəyi şübhə doğurmur"

04.11.2020 12:50:56

Region

"Daha qoca bir şəxs dünyanın bir nömrəli böyük dövlətinin başına gəlir".

 

BunuQaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Amerikada keçirilən prezident seçkilərinin nəticələrindən danışarkən deyib. Politoloq artıq Amerikada seçkilərin nəticəsinin aydın olduğunu vurğulayıb:

 

"Cozef Bayden irəlidədir. Baydenin qalib gələcəyi şübhə doğurmur. Və onun hakimiyyətindən nələrsə gözləmək hələ tezdir. Hakimiyyətdə olmalı və nələrin dəyişəcəyini bəyan etməlidir. Seçkiqabağı vədlərində çox mühafizəkar və eyni zamanda dağıdıcı fikirlərsöyləyirdi. Xüsusən də Rusiyaya qarşı..."

 

 

Qabil Hüseynli qeyd edib ki, Cozef Baydenin seçki öncəsi Rusiya ilə bağlı səsləndirdiyi fikirlərini necə həyata kecirəcəyini söyləmək çox çətindir.

 

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da növbəti prezident seçkisi keçirilib. Seçkidə əsas mübarizə Respublikaçılar Partiyasının namizədi, indiki prezident Donald Trampla Demokratlar Partiyasının nümayəndəsi, keçmiş vitse-prezident Cozef Bayden arasında gedir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib