Dərc edilib: 04-11-2020

https://www.nuh.az/26459-.html

Döyüşdən qayıdan erməni partiya sədri: İtkilərimiz dözülməzdir

04.11.2020 17:41:32

LIVE

Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan yerli mediaya müsahibəsində ölkəsinin ağır durumda olmasından söz açıb.

 


 Azvision.az   xəbər verir ki, “Jamanak” qəzetinin dərc etdiyi müsahibədə partiya sədri Ermənistanın gələcək taleyi ilə bağlı təkliflər verib. Müharibənin ilk günlərindən könüllü kimi döyüşlərə qatılmış Xzmalyan bir neçə gündür Emənistana qayıdıb:

"Mən cəbhənin şimal-şərq hissəsində idim. İndi bir neçə gündür tətildəyəm əmr gəlsə, yenidən cəbhəyə yollanacağam. Çünki könüllülərin orduda öz işi var. Əsasən döyüşlərdə 18-20 yaş arası gəncləri əvəz etmək üçün gələn könüllülər müharibə qaziləridir. Gördüyümüz itkilər bu millətin gələcəyi üçün dözülməzdir. Mənim şəxsi qənaətimə görə, müharibə böyük siyasi səhvlərin nəticəsidir”.

Hərbi-siyasi ittifaqda (KTMT-red.) təmsil olunduqlarını xatırladan partiya sədri ölkəsinə xarici siyasətdə dəyişikliklər etmək üçün illərdir xəbərdarlıq etdiyini vurğulayıb: “Amma “məxməri inqilab”dan sonra da xarici siyasət kursunun dəyişməyəcəyi açıqlandı. Buna görə də indi olduğumuz yerdəyik”.

Münaqişənin həlli üçün Rusiya və İranla yanaşı ABŞ-dan də təkliflərin gəldiyini deyən Xzmalyan ən optimal variantın Qərbin ortaya qoyduğunu vurğulayıb.

“Bizim üçün uyğun olan variantlar hansıdır? Rusiya və İranın yalnız öz maraqlarını güdən təklifləri? ABŞ-ın təklifini təcili şəkildə qəbul etməliyik. Çünki bu, Ermənistanın faciəli geosiyasi statusunu dəyişdirməyə imkan verir”.

Partiya sədri də müsahibəsində təsdiqləyir ki, Ermənistan hazırda faciəli geosiyasi durumdadır, onun könüllü kimi iştirak etdiyi döyüşlərdə bu ölkənin itkiləri xeyli saydadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib