Dərc edilib: 05-11-2020

https://www.nuh.az/26465-.html

Putinlə Lukaşenko Dağlıq Qarabağı müzakirə etdi

05.11.2020 08:30:21

Dünya

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, prezidentlər Dağlıq Qarabağ və Qırğızıstandakı vəziyyəti, Rusiya və Belarus arasında sərhədlərin açılması məsələlərini müzakirə ediblər. Putinlə Lukaşenko, həmçinin, koronavirus infeksiyasının yayılması probleminə də diqqət ayırıblar.

Onlar beynəlxalq vəziyyətin bir neçə digər aspektlərini də müzakirə ediblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib