Dərc edilib: 05-11-2020

https://www.nuh.az/26466-.html

Trampın qərargahı bu ştatda səslərin hesablanmasını dayandırmağı tələb etdi

05.11.2020 08:33:33

Reportaj

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın seçkiqabağı qərargahı Pensilvaniya ştatında səsvermə ilə bağlı iddialar irəli sürüb.

 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə qərargah başçısının müavini Castin Klarkın bəyanatında deyilir.

Trampın qərargahı məhkəmədən Demokrat Partiyasının nümayəndələrinə “bülletenləri gizlətməyə” mane olmağı, həmçinin respublikaçılardan müşahidəçilər məntəqələrə buraxılmayınca, Pensilvaniyada səslərin hesablanmasını dayandırmağı tələb edir.

Bundan başqa, respublikaçılar poçt vasitəsilə səs verən seçicilərin identifikasiyası ilə bağlı seçki qanunu normalarının pozulması ehtimalına görə demokratlara qarşı iddia qaldırıblar.

Oxşar iddialar Miçiqan, Corciya və Viskonsin ştatlarında da qaldırılıb.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib