Dərc edilib: 05-11-2020

https://www.nuh.az/26475-.html

Yaralı halda “Qarabağ”ı oxuyan əsgər müğənni imiş - Video

05.11.2020 13:35:14

LIVE

Ötən gündən sosial şəbəkələrdə xəstəxana otağında mahnı oxuyan yaralı əsgərin videosu yayılıb.  Görüntülərdə həmin əsgərin “Qarabağ” mahnısını ifa etdiyi əks olunub. Həkimlərin ilkin tibbi müdaxiləsi zamanı onun canlı ifası rəğbətlə qarşılanıb. 


Məlum olub ki, sözügedən şəxs müğənni Məbud Əhmədovdur. Xanəndə kimi fəaliyyət göstərən Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrın solistidir. İfaçı həmçinin ATV kanalında yayımlanan “Üçümüz” proqramının bek-vokalçısıdır. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib