Dərc edilib: 06-11-2020

https://www.nuh.az/26492-.html

Putinin yanvarda istefaya gedəcək - İngiltərə və İsrail mediası...

06.11.2020 15:32:59

LIVE

“Rusiya Prezidenti Vladimir Putin sağlamlıq səbəbi ilə istefaya getməyi planlaşdırır”. 

Moderator.az  İsrail mediasına istinadla  xəbər verir ki, bu  informasiyanı İngiltərənin "The Sun" nəşri  yayıb.  Məlumata görə, Putində Parkinson xəstəliyinin əlamətləri var (ayaqların qeyri-iradi hərəkəti, barmaqların əsməsi və s.). 
Moskvalı politoloq Valeri Soloveyə  istinad edən ingilis nəşri xüsusilə  məşuqəsi olduğu deyilən Alina Kabayevanın və qızlarının Rusiya Federasiyası Prezidentini sağlamlığını qorumağa və dövlət başçısı postunu tərk etməyə inandırmağa çalışdıqlarını yazır. “The Sun”a görə, Putin istefasını 2021-ci ilin yanvarında  elan etmək niyyətindədir. 
Nəşr Rusiya Prezidentinin tezliklə onun mümkün varisi olacaq yeni bir baş nazir təyin edəcəyini də iddia edir.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov  isə bu gün - noyabrın  6-da sözügedən xəbərlə bağlı sualı cavablandırarkən  belə deyib: 
“Burada şərh ediləcək bir şey yoxdur. Bu, tamamilə cəfəngiyyatdır. Prezidentin səhhəti ilə  bağlı hər şey yaxşıdır” 
Xatırladaq ki, İngiltərə mətbuatı  V.Putində guya Parkinson xəstəliyinin əlamətləri olması barədə hələ 2015-ci ildə yazıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib