Dərc edilib: 06-11-2020

https://www.nuh.az/26493-.html

Erməni general-mayor məhv edildi

06.11.2020 17:00:55

Region

Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edilib.

 

 Hərbi mənbələrdən “Haqqin.az”a verilən məlumata görə, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.

Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.

3 noyabrda “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, general-leytenant Kamo Aqacanyan döyüş mövqelərini gəzərək N.Mirzoyana general-mayor poqonunu vermişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib