Dərc edilib: 06-11-2020

https://www.nuh.az/26495-.html

Bakıda yumurtanın içərisindən narkotik maddə çıxdı - FOTO

06.11.2020 17:37:43

Mədəniyyət

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.


Open.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Cinayət Məcəlləsinin 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Famil İsmayıl oğluna tanışı Bakı şəhər sakini Həsənov Elşən Məmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan yumutanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,450 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 0,615 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yumurtanın içərisindən narkotik maddə çıxdı - FOTO

NUH informasiya agentliyi səhifəsindən çap edilib