Dərc edilib: 07-11-2020

https://www.nuh.az/26502-.html

Nazir Azad Rəhimovun oğlu xalqın pullarının havaya sovrulduğunu etiraf etdi – TƏFSİLAT

07.11.2020 10:13:07

Kriminal

İyun ayında Azərbaycan Qran-Prisinin təşkilatçıları qərar verməlidirlər. Belə ki, Formula 1 Azərbaycan Qran-Prisinin Azərbaycanda keçirilməsi 2020-ci ildə bitir. Müqaviləni daha 5 il artırılıb–artırılmamasına təşkilatçılar qərar verməlidir. Bunu Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirib. O deyib ki, Azərbaycan tərəfi yarışı keçirmək üçün xərclərin çox olduğunu nəzərə alaraq ödənişləri azaltmaq istəyir: “Müqavilə şərtlərini müzakirə edən zaman pul məsələsi danışılan şərtlərdən sadəcə biridir.

Bir neçə belə məsələlər müzakirə olunur. Bir tərəfdən Formula 1–in Azərbaycanda keçirilməsinin davamlı olmasını istəyirik, digər tərəfdən də anlayırıq ki, bu yarış üçün lazım olandan daha çox pul ödəyirik. Ona görə də biz ortaq məxrəcə gələcək bir qərar qəbul etməyə çalışırıq.
Qeyd etmək lazımdır ki, Arif Rəhimov nazir Azad Rəhimovun oğludur.Anaxeber.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib