Dərc edilib: 08-11-2020

https://www.nuh.az/26514-.html

ABŞ-ın ilk HİNDƏSİLLİ qadın vitse-prezidenti - Fotolar + Video

08.11.2020 10:02:45

İdman

Demokrat Co Baydenin qeyri-rəsmi nəticələrə əsasən ABŞ prezidenti seçilməsi ilə Kamala Harrisin də ilk qadın vitse-prezident təyinatı gözlənilir.


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu rəsmiləşsə, Harris həm də hindəsilli ilk qaradərili vitse-prezident kimi fəaliyyət göstərəcək.

Kamala qələbə xəbərindən sonra Co Baydenə zəng edərək “Biz bacardıq, Co” sözləri ilə təbrikini çatdırıb.

Qeyd edək ki, Kamala Harris Kaliforniyada Oakland rayonunda dünyaya gəlib. Hüquq üzrə təhsil alan Kamala 2003-cü ildə San-Fransikoda ilk qaradərili qadın müstəntiq kimi çalışıb. 2010-cu ildə isə Kaliforniya əyalətinin ilk qadın baş prokuroru olub.

Kamala Harris 2019-cu ildə prezidentliyə namizədliyini versə də, daha sonra geri çəkilərək Co Baydeni dəstəklədiyini bildirmişdi.

 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib