Dərc edilib: 08-11-2020

https://www.nuh.az/26516-.html

Ərdoğanla Putin Qarabağdan danışdı

08.11.2020 10:19:26

LIVE

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub.


“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, liderlər Dağlıq Qarabağ başda olmaqla, regional məsələləri müzakirə ediblər. Ərdoğan telefon danışığı zamanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli olduğunu, Azərbaycanın əks-hücum əməliyyatlarının öz sərhədləri daxilindən kənara çıxmadığını bildirib.

Bundan başqa, türkiyəli lider qeyd edib ki, Ermənistan rəhbərliyini sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Ərdoğanın sözlərinə görə, bu, münaqişəyə qətiyyətli həll yolu ilə son qoyulması və regionda sabitliyin bərqərar olması üçün son dərəcə əhəmiyyətlidir.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib