Dərc edilib: 08-11-2020

https://www.nuh.az/26519-.html

Prezident seçiləndən sonra yenə faciəli həyatı ilə gündəmə gəldi

08.11.2020 12:36:02

Günün sitatı

Xəbər verdiyimiz kimi, ABŞ-da uzun çəkən seçkilərdən sonra yeni prezidentin adına aydınlıq gəlib. Qeyr-rəsmi məlumatlara görə, demokratların namizədi Co Bayden ölkə tarxinin 46-cı rəhbəri olub. 

“Qafqazinfo”nun məlumatına görə, bu məqamda Baydenin şəxsi həyatı gündəmə gətirilib.

Əsl adı Cozef Robinette Baydendir,  İrlandiya əsilli katolik bir ailənin övladıdır. O, 20 noyabr 1942-ci ildə Pensilvaniyada dünyaya gəlib. Ailəsilə ilə birlikdə sonradan Delaver ştatına köçüb və hüquq təhsili alıb. Çox gənc yaşlarından siyasətə qatılıb.

O, Delaver senatoru olanda cəmi 30 yaşı var idi. Məhz həmin illərdə onun həyatına təsir edəcək faciəvi hadisələr baş verir. Yeni il bayramı üçün alış-verişə gedən Baydenin ailəsi ağır qəza keçirir. Həyat yoldaşı Neiliya və bir yaşlı qızı Naomi həyatını itirir. Digər iki övladı Bo və Hanter isə ağır yaralanır.

 

Bayden hadisə barədə açıqlama verərkən “qəzaya baxa bilmədim. 1972-ci il idi. Üzərindən illər keçsə də, o hadisə ilə bağlı heç bir şeyə baxa bilmirəm. Oğlanlarımı avtomobildən çıxarmaq 2 saat yarım çəkdi” deyib.

Bayden senatorluq üçün andiçmə mərasimini oğlanlarının yatdığı xəstəxanadakı otaqlarında keçirib.

O, ikinci həyat yoldaşı Cill ilə 1977-ci ildə, ailəsinin qəza keçirməsindən 5 il sonra evlənib. Cütlüyün Aşli adında bir qızı dünyaya gəlib.

 

 

Bayden 1973-cü ildən 2009-cu ilə qədər - 36 il ərzində Demokratlar Partiyasının Delaver senatoru olaraq çalışır. O, ilk dəfə 1988-ci ildə ABŞ prezidenti olmaq üçün namizədliyini irəli sürür. Lakin sonradan namizədliyini geri çəkir. 20 il sonra yenidən prezident olmaq üçün namizədliyini verir. Həmin vaxt isə Barak Obama ABŞ Prezidenti seçilir, Bayden isə onun köməkçisi olaraq fəaliyyətə başlayır. Obamanın prezident köməkçisi üçün seçimi Bayden deyildi. Lakin xarici siyasət təcrübəsi səbəbindən o, Co Baydenə şans verir. Obama hətta ona “Azadlıq Medalı”nı da təqdim edir. Bayden 8 il Obamanın köməkçisi kimi fəaliyyət göstərir. 

 

 

Lakin maraqlıdır ki, Bayden 2015-ci ildə yenidən faciə yaşayır. Onun böyük oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən dünyasını dəyişir. Bundan sonra Co Bayden “Ağ Ev”dən ayrılır.

 

 

Son seçimlərdə isə o, yenidən namizədliyini irəli sürür. Seçkilərdən əvvəl isə oğlunun məzarını ziyarət edir. Oğlunun ölümündən sonra “həyatın bəzən nə qədər acımasız və ədalətsiz olduğunu bilirəm. İtkinin və dərdin öhdəsindən gəlməyin ən yaxşı yolu qarşına hədəf qoymaqdır” ifadələrini işlədir.

2020-ci il noyabrın 3-də baş tutan seçkilərdə o, Demokratlar Partiyasının əsas namizədi olur. Bayden namizədliyini irəli sürdükdən sonra bu açıqlamanı verir: “Sizə söz verirəm ki, bu seçkiləri qazanacağıq. Donald Trampı məğlub edəcəyik”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib