Dərc edilib: 08-11-2020

https://www.nuh.az/26520-.html

Erməni politoloqdan iyrənc çağırış: "Azərbaycana gedən çayları zəhərləmək lazımdır"

08.11.2020 12:43:35

LIVE

"Demokratiya Uğrunda Tərəfdaşlıq” mərkəzinin sədri, "Ermənistanın Dinləri” saytının redaktoru, politoloq Stepan Danielyan öz "Facebook” səhifəsində terrora çağırış edib.

S. Danielyan sosial şəbəkə hesabında yazıb ki, dünyada sona qədər getməyə hazır olan xalqların ultimatumu qəbul edilir və ona hörmət olunur: "İsrail bunu etdi və o, nəzərə alındı. Sərsəng su anbarını partlatmaq, Azərbaycana axan çayları zəhərləmək, bütün meşələri yandırmaq lazımdır”.
Erməni politoloq çağırışında qeyd edib ki, ən son halda atom elektrostansiyasının tullantılarını Qarabağda yaymaq lazımdır: "Əgər orada ermənilər yaşamayacaqsa, heç kim yaşamamalıdır”, - Danielyan sosial şəbəkə hesabında yazıb.//virtualaz.org
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib