Dərc edilib: 09-11-2020

http://www.nuh.az/26531-.html

Gecə xüsusi təyinatlılarımız meşəlikdən Şuşaya daxil oldu

09.11.2020 09:54:54

Günün sitatı

"Fransanın Le Monde qəzetinin Xankəndidəki reportyoru yazır ki, Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır. Özü də avtomat və ya karabin yox, tapança güllələrinin yaraları”.

Qaynarinfo xəbər verir ki, bunu journalist Elçin Alıoğlu yazıb. Onun sözlərinə görə, bu o deməkdir ki, Şuşa şəhəri birbaşa təmas döyüşündə, əlbayaxa döyüşlərdə azad olunub. "Yəni xüsusi təyinatlılarımız tiqranoidlərlə şir kimi vuruşublar. "Hücum zamanı azərbaycanlılar döyüş meydanında yaralı və ölü qoymayıblar. Özləri ilə dağa, şəhərə qaldırıblar", - reportyor yazır.
... Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar.
Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və "Türmə"ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki plasdarmı genişləndirməyə başlayıblar.
Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi-Şuşa yolunu nəzarətə götürüblər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərə girən xüsusi təyinatlılarımız 2 sutka döyüşüblər. Zirehli texnikasız, topsuz, aviasiyasız.
Noyabrın 6-da, axşam saatlarında ordumuzun motoatıcı hissələri özlərini çatdırıblar. Noyabrın 7-də şəhər düşməndən təmizlənib. Düşmənin bir neçə əks-hücum cəhdi heç bir nəticə verməyib.
Şuşa belə azad olundu. Var olsun Vətən!”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib