Dərc edilib: 10-11-2020

https://www.nuh.az/26549-.html

Qazaxın bu kəndləri geri qaytarılacaq – SİYAHI

10.11.2020 15:54:39

Region

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatın 2-ci bəndinə əsasən, Qazax rayonunun işğal edilmiş 7 kəndi də Azərbaycana geri veriləcək.


HİT.Az xəbər verir ki, Azərbaycana qaytarılacaq 7 kənd Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir.

 

Geri alınacaq kəndlərin 3-ü Azərbaycanın Ermənistandakı eksklavıdır. Bu eksklavlar Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir. Belə ki, bu kəndlər işğal olunduqdan sonra onlar Ermənistanın Tavuş vilayətinin ərazisi elan edilmişdilər.

Qeyd edək ki, hər üç kənd 1992-ci ildən işğal altındadır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib