Dərc edilib: 11-11-2020

https://www.nuh.az/26550-.html

Rusiya sülhməramlıları Qarabağa yola düşüb

11.11.2020 09:07:22

Reportaj

Ermənistana gəlmiş Rusiya sülhməramlıları Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri xidməti sahələrə yollanıblar.


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - deyə nazirliyin məlumatda qeyd edilir.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdiriləcək. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalacaq.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib