Dərc edilib: 12-11-2020

https://www.nuh.az/26570-.html

4 gün əvvəl MTN-ə rəhbər təyin olunan Abazyan infarkt keçirdi

12.11.2020 08:13:40

Kriminal

4 gün əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunan Armen Abazyan infarkt keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Bildirilir ki, Abazyan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Armen Abazyan noyabrın 8-də MTX rəhbəri postuna gətirilib. O, bu postda Mikael Hambartsumyanı əvəz edib. Hambartsumyan baş nazir Nikol Paşinyanın Armen Sarkisyana təklifi əsasında vəzifəsindən göndərilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib